Fevral 3, 2023

Körpələri zəhərləyən süni qida – “Nutrinet LLC”

Ana südü köpə üçün ən vacib qidadır. Lakin təəssüf ki, sağlamlıq səbəbi ilə bəzi analar körpələrini ana südü ilə qidalandıra bilmir və süni qidaya üz tuturlar. Bazarda isə süni qida alveri ilə insanları aldadan xeyli firma var. Onlardan biri də “Nurinet LLC”dir.

Şikayətçi Lamiyə Kazımova başına gələn hadisə ilə bağlı Turaz.org-a danışıb.

Deyir ki, 4 aylıq körpəsini dünyaya gələndən bəri həkimlərin məsləhəti süni qida ilə qidalandırmağa məcbur qalıb. Son üç ayda körpəsi allergiyaya meyilli olduğu üçün süni qida olaraq həkimin məsləhəti ilə “premium Nutrilak”dan istifadə etməyə başlayıb. Dekabrın 17-də Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küc ev 1, mənzil 67-də yerləşən “Dokta”aptekdən20 manat ödəyərək aptekdən sözügedən qidadan alıb: “Aptekin verdiyi qəbz məndədir. Evə gətirib qidani əvvəllər hazırladığım kimi malın üzərində yazılmış qaydaya əsasən hazırlamağa başladım. Lakin qidanın qoxusunun əvvəlki qidalara uyğun olmadığını, xoşagəlməz olduğunu hiss etdim. Təbii ki, körpəmə vermədim”.
Elə hər şey də bundan sonra başlayır. Şikayətçi məhsulla birlikdə aptekə yaxınlaşır. Başına gələni əczaçıya danışır və məhsulun yoxlanılmasını tələb edir: “Əczaçı müdiri ilə əlaqə saxladıqdan sonra kobud şəkildə mənə üçüncü tərəf olduqlarını və məhsulu qaytarmayacaqlarını dedi. Üstəlik, mənə gedin hara istəyirsininiz şikayət edin, bizim öz qanunlarımız var. Qaytarmamaqla yanaşı araşdırmadan da imtina etdilər. Əlbəttə, şübhələndiyim qidanı körpəyə verə bilməzdim. Getdim ayrı apteklərdə bu maladan axtardım. Başqa aptekdən eynilə bu xarab malla eyni buraxılma və yararlılıq müddəti olan qidanı aldım. Açıb hazırlamağa başladım”.

Nəticədə məlum olur ki, aptek elə istehsalçı firma ilə əlbirdir. Belə ki, şikayətçi məhsulları müqayisə edir və istehsalçının körpə sağlamlığı üçün təhlükəli qida istehsal etdiyi aşkarlanır: “Müqayisə zamanı məlum oldu ki, qoxular tam fərqlidir və xarab mal hazırlanan zaman həllolma çox gec baş verir, suya düşən zaman qaşıq formasında bütöv qalır, bir çox fərqli cəhətlər hiss olunur. Qeyd edim ki, bu malların etiketində 6 dildə məlumat olsa da, yalnız Azərbaycan dilində olan bölmədə idxalçı şirkət barədə məlumat yoxdur. İnternetdən tapdım ki, bu şirkət azərbaycanda “Nutrinet LLC” dir”.

Belə məhsullar körpələri zəhərləyə bilər. Üstəlik, istehlakçının hüquqları da aptek tərəfindən pozulub.

“Nutrinet LLC” isə araşdırsaq da, haqqında bir mənbə tapa bilmədik. Şikayətçi Lamiyə Kazımova məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət edib.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »