Oktyabr 22, 2021

Kostanay əhalisinin 53%-i tamamilə COVID-19 əleyhinə peyvənd edilmişdir

Kostanay əhalisinin 53%-i tamamilə COVID-19 əleyhinə peyvənd edilmişdir.

Turaz.org xəbər verir ki, vaksinasiya prosesi Kostanay vilayətində davam edir.

Kostanay vilayət qubernatorunun müavini Yerlan Spanovun bildirdiyinə görə, bu günə olan məlumata əsasən, Kostanay bölgəsindəki 21 xəstəxanada 607 nəfər müalicə alır və bu, ümumi yataqların 34%-ni təşkil edir. Lazım gələrsə, yataqların ümumi sayının 3 minə çata biləcəyini söylədi.

Hazırda COVID-19 peyvəndinin ilk dozası Kostanay bölgəsi əhalisinin 61%-dən çoxuna tətbiq edilmişdir. 53%-dən çox əhaliyə isə hər iki doza vurulub.

Qeyd edək ki, bölgədə pandemiyadan bəri ümumilikdə 31492 koronavirus infeksiyası hadisəsi qeydə alınıb.

Tərcüməçi: Ayşən Məmmədova
Həmçinin bax: turaz.org/msk-sovket-mirziyoyev-maqsude-varisova-ve-behram-abduxelimovu-prezidentliye-namized-olaraq-qeyde-aldi
Həmçinin bax: kafkazh.com/peceneqler-ve-tarixleri

Translate »