May 16, 2022

KXDR lideri Üçüncü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş verib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib.

Bu barədə “Turaz.org” “Daily Star”a istinadən xəbər verir.

Məlumata görə, Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb.

Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.

“Radio Free Asia” radiosuna danışan KXDR rəsmilərindən biri deyib ki, partiya Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istədi”

Öz növbəsində Şimali Koreyanın Xarici İşlər Nazirliyi də ABŞ və Qərbin yürütdüyü siyasəti tənqid edib. Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar və Qərb NATO-nun şərqə doğru genişlənməsini davam etdirir, Avropanın təhlükəsizlik mühitini pozurlar.

Müxbir: Əzizə Əlizadə

Translate »