Noyabr 28, 2021

La Palma vulkanından sağ qalanlar sarsıldılar, amma yenidən bərpa etməyə qərarlıdılar

Təsəvvür edin ki, titrəyişləri ilə sarsılmış, püskürən vulkanın parıltısı altında yatmağa çalışırsınız.Sonra eviniz lava ilə əhatə olunduqdan və ya onun altında basdırıldıqdan sonra dar bir karvanda bunu etməyə çalışdığınızı təsəvvür edin.

Turaz.org xəbər verir ki, bu, Los Llanosda arxa küçədə bir gecə daha yatmaq üçün 20-yə yaxın ailə üçün çevrilmiş reallıqdır. Onlar İspaniyanın Kanar adalarında, La Palmadakı istisna zonasından bir qədər kənardadırlar.

Onlar vulkanın titrəməsi və gurultusu ilə oyanmadan evə getməyi xəyal belə edə bilməyən, altı həftəlik püskürmənin evsizləridir.

Dacil Batista kiçik karvanını yoldaşı və iki övladı ilə birlikdə qayınanası və baldızı ilə bölüşür. “Mən ümidsizliyəm,” o mənə deyir, “çünki evimə nə baş verdiyini bilmirəm”

İlk bir neçə gecəni vulkana baxaraq onun nə etdiyini görməyə çalışdıq, amma indi onun orada olması bir növ normaldır”.

Bütün bu həftələrdən sonra daha dərin qorxu, hətta qəzəb gözləyərdiniz. Lakin Dacil yerli bələdiyyə binasından aldığı yemək, paltar və oyuncaqlar üçün minnətdardır və bir gün uşaqlarını evə aparacağına ümid edir.

Şəhərin tam qarşısında, El Roque məktəbində yeni sinif var.

Adi dərsləri kəsilən uşaqlar indi hədiyyə olunmuş kitablardan istifadə edərək müvəqqəti götürülmüş məkanda dərs keçirlər. Onların müəllimi Kristina Mederos kompüterləri götürmə bildi, lakin Las Manças məktəbi lavaya tərk edilmədən əvvəl də çox şey yox idi.

Bu müvəqqəti sinif otağının divarlarında Kanar adalarındaki uşaqlar tərəfindən çəkilmiş və buraya dəstək olaraq göndərilən püskürən vulkanın şəkilləri var.

On yaşlı Rodriqo izah edir ki, o, indi nənəsi ilə yaşayır: “Mən tez bitəcəyini düşünürdüm, lakin vulkan evləri dağıdıb”.

Sinif yoldaşı Sergio lavanı və ağaclara, mənzərəyə və babasının evinə edilən dağıntıları təsvir edir. O deyir ki, püskürmə “gözəldir, lakin çox zərər verir.

Uşaqlar çöldə oynaya bilmirlər, Kristina mənə deyir, çünki hava və məktəb həyəti küllə doludur.

“Məktəbə qayıtmaq çox emosional idi, çünki mən həqiqətən uşaqları görmək istəyirdim. Bütün bunlar haqqında onların nə hiss etdiyini bilmirdim” deyir.

Covid qaydaları pəncərələrin havalandırma üçün açıq olmasını təklif edir, lakin vulkanik kül və zəhərli qazların riski onların möhkəm bağlı qalması deməkdir.

Uşaqlar çölə çıxmazdan əvvəl maskalar və eynəklər hamısı taxılıdır.

Alimlər lavanı izləmək, qazları yoxlamaq və Yerdəki ən yeni süxurları təhlil etmək üçün La Palmaya gəliblər.

Kanar Adaları Vulkan İnstitutundan Dr Mett Pankhurst mənə uzun bir çubuqla lavanın içinə soxulub onu buxarlayaraq bir vedrə soyuq suya ataraq götürülmüş nümunələri göstərir – Yerdəki ən qədim proseslərdə canlı geologiya dərsləri. Onun əsas diqqəti bərkimiş lava içərisində saxlanılan kristallardır.

Tərcümə etdi: Aytac İsrayılova

Translate »