Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir.
Turaz.org xəbər verir ki,Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/azerbaycan-ordusunun-movqeleri-atese-tutulub-8/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub