Mart 25, 2023

Laçında yaralanan hərbçi vəfat etdi

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Turaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Hadisə nəticəsində əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Translate »