Leyla Ağayeva: Məqsədim uşaqlara məktəbi sevdirmək və savadlı şagirdlər yetişdirməkdir
Müəllim şagirdinə övladı kimi yanaşmalı, onların problemlərinə biganə qalmamalı, uşaqlara daim sevgi və diqqət göstərməlidir. Əsas məqsədim kiçik yaşlı uşaqlara məktəbi sevdirmək və savadlı şagirdlər yetişdirməkdir. Çalışacağam ki, işlədiyim müddətdə hər bir şagirdə fərdi yanaşıb, onların xarakterik xüsusiyyətlərinə uyğun davranım.
“2014-2018-ci illərdə Bakı Qızlar Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışam. Müəllimlərin işə qəbulu imtahanlarında 2018-ci ildə iştirak edəndə 42 bal, 2019-cu ildə isə 47 bal toplamışdım. Lakin bu nəticələr məni qane etmirdi. Ən yüksək balı toplamağı qarşıma məqsəd qoymuşdum. Bu il istədiyim nəticəni əldə edə bildim. Uğuruma görə valideynlərimə və mənə istiqamət verən müəllimlərə borcluyam. Vakansiya seçimində yaşayış yerimə yaxın məktəblərdən birini seçib işləmək istəyirəm. Sonra öz üzərimdə çalışıb ixtisasımı artıraraq magistr təhsili almaq fikrindəyəm”, – deyə L.Ağayeva vurğulayıb.
Mənbə:azertag.az
Müxbir: Zahidə Nəbizadə
Həmçinin bax:https://tehsilim.org/sahmat-uzre-onlayn-yoldasliq-gorusu-kecirilib/
Son Xəbərlər
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək
TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb