Oktyabr 23, 2021

Lionel Messi “Barselona”dan gedir

Ronald Kumanın “Barselona”ya gəlişi ilə komandada yeni dövrün başlayacağı məlum idi. Bu keçid rəsmiləşəndən sonra hamı Kataloniya klubunun lideri Lionel Messinin gələcəyini müzakirə etməyə başlamışdı. Argentinalı superulduz karyerasını başqa yerdə davam etdirmək istədiyini “Barselona” rəhbərliyinə bildirib.

Lionel Messinin “Barselona”da deyil, başqa klubda oynadığını təsəvvür etmək demək olar ki, mümkünsüz idi. Elə argentinalı futbolçunun özü də 2017-ci ilin  noyabrında yeni müqavilə imzalayandan sonra həmişəlik “Barsa” da qalmaq istədiyini bildirmişdi. Lakin UEFA  Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı rüsvayçı məğlubiyyətdən sonra Ronald Kumanın baş məşqçi postuna gətirilməsi ciddi islahatların olacağından xəbər verirdi. Niderlandlı mütəxəssis onun ehtiyac  duymadığı futbolçuların adlarını açıqladı. Sözsüz, həmin siyahıda Messi ola bilməzdi. Ancaq  kapitanın komandadan gedə biləcəyilə bağlı xəbərlər getdikcə artırdı. Sonda ehtimallar özünü doğrultdu. Messi “Barselona” rəhbərliyinə faks göndərərk klubdan getmək istədiyini bildirdi. Məktubda ulduz futbolçunun azad agent kimi başqa komandaya keçə biləcəyini təsdiqləyən sənəd var idi.   Xatırladaq ki, prezident Jozep Bartomeu bir müddət əvvəl Messini heyətində görmək istəyən klubun “Barsa”ya 700 milyon avro ödəməli olduğunu bəyan etmişdi. Şayiələrin sayı  kifayət qədər çox olsa da, ulduz futbolçunun karyerasını harada davam etdirəcəyi hələ ki, məlum deyil. Çoxları  Messinin Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”yə transfer olunacağını düşünür. Təxminən 1 il əvvəl isə 33 yaşlı hücumçu karyerasının son dövrünü doğma komandası – “Nyuellz Old Boyz”da keçirmək istədiyini bildirmişdi.

Mənbə: idmantv.az

Müxbir : TurAz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax : https://turaz.org/almaniyanin-xarici-isler-naziri-turkiyeye-sefer-edib/

https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

Translate »