Lionel Messi “Mançester Siti”yə keçməyə yaxındır“Barselona”dan gedəcəyini bəyan edən Lionel Messi “Mançester Siti”yə transfer oluna bilər.İspaniya mətbuatının məlumatına görə super ulduzun özü də bu keçidin reallaşması üçün çalışır. Təfərrüatlara gəlincə, “Şəhərlilər” qarşı tərəfə 100 milyon avro və 3 futbolçu-Qabriel Jezus, Bernardu Silva və Erik Qarsiyanı təklif etməyə hazırdır. “Barselona” rəhbərliyi isə Lionel Messi üçün əvvəlki kimi 700 milyon avro tələb etməsə də, bu keçiddən ən azı 223 milyon avro qazanaraq transfer rekordunun yenilənməsini arzulayır.
Vaxtilə Neymar 222 milyon avroya “Barsa”dan “Pari Sen Jermen”ə keçərək yeni rekord müəyyənləşdirmişdi.
Mənbə:idmantv.az
Müxbir:Aytac Cəfərova
Hemcinin bax https://kafkazh.com/ermenilerin-soydaslarimiza-qarsi-nifret-zemininde-toretdiyi-cinayetler-xorvatiya-metbuatinda/
Son Xəbərlər
Fuad Oktay: “Ərazidə indiyədək 790 təkrar yeraltı təkanlar olub”
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib