Dekabr 9, 2022

Litva İsveçdən hava hücumundan müdafiə sistemləri alacaq

Litva İsveçdən qısamənzilli hava hücumundan müdafiə raket sistemlərini alacaq.

Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin ehtiyacları üçün ordunun daha yaxşı silahlandırılmasını təmin etmək üçün hərbi texnikanın alışını artırmaq imkanımız var”, – məlumatda deyilir.

Litva “Bolide” və “MK-2” raketlərinin buraxılması üçün “RBS-70” sistemləri alacaq. Müddəti göstərilməyən müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.

Translate »