İyun 8, 2023

Litvadan Latviya və Estoniyaya gedənlərə də karantin rejimi tətbiq oluna bilər

Litvada bu günlərdə koronavirusa onlarla yeni yoluxma halı qeydə alınıb.Litvalı mütəxəssislərin hesablamalarına görə, təkcə ölkə xaricindən gələn litvalılar deyil, həmçinin Latviyaya və ya Estoniyaya, o cümlədən digər ölkələrə səfər etmək istəyən litvalı vətəndaşlar da tezliklə özünütəcrid rejimində qalmalı olacaqlar.
Baltikyanı dövlətlər Litva sakinlərinin yay mövsümündə istirahət üçün ən çox yollandıqları ölkələrdir. Lakin mövcud rəqəmləri nəzərə alsaq, sentyabr ayına səfər etməyi planlaşdıran insanlar ya ora yollana bilməyəcəklər, ya da 14 gün ərzində özünütəcrid rejimində qalmalı olacaqlar.
Hazırda Avropa Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin məlumatına görə, bu göstərici Litvada 13,7 hal, Estoniyada 9,1 hal, Latviyada 2,4 hal təşkil edir. Son 14 gün ərzində Litvada koronavirusa 410 yeni yoluxma halı qeydə alınıb.
Mənbə:azertag.az
Müxbir:TurAz xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/

https://www.bbc.com/azeri/azerbaijan-53835705

Translate »