Sentyabr 25, 2022

Livan Səhiyyə naziri Hamad Hassan istefasını açıqladı.

Nazir Həsən jurnalistlərə verdiyi açıqlamada, bugünkü kabinet iclasından sonra bütün nazirlərin istefasını Baş nazir Həsən Diyab-a təqdim etdiyini söyləyib.

Hassan, Baş Nazirin istefaları Prezident Mişel Avna çatdırmaq üçün Prezident Sarayına gedəcəyini bildirib.

Paytaxt Beyrutda böyük bir dağıntıya səbəb olan partlayışdan sonra bəzi nazirlərin istefa etdiyinə işarə edən Səhiyyə naziri, qərarın fəlakətin səbəb olduğu təzyiq qarşısında qəbul edildiyini qeyd edib.

Livandakı son iqtisadi böhrandan qaynaqlanan etiraz dalğasından sonra keçən həftə Beyrut Limanında baş verən böyük fəlakət ölkədə yeni bir ictimai qəzəb və etiraz dalğasına səbəb olub.

Aysel Məhərrəmova

Həmçinin bax: https://turaz.org/avropa-ittifaqi-belarusdaki-prezident-seckilerini-tenqid-edib/https://tehsilim.org/virtual-mektebde-odenissiz-vebinar-ve-telimler/

Translate »