Dekabr 9, 2021

Macarıstan AB-nin epidemioloji xəritəsində tünd qırmızı rənglə işarələnib

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, Macarıstanın əksər ölkələri epidemioloji baxımdan “yüksək risk altındadır”.

Turaz.org xəbər verir ki, xəritələrdə ən pis səviyyələr tünd qırmızı rənglə qeyd olunub, bu o deməkdir ki, son iki həftə ərzində bu bölgələrdə 500-dən çox yoluxma faktı qeydə alınıb.

Macarıstanda tək bir bölgə qırmızının daha açıq çalarları ilə işarələnib, yəni son iki həftədə hər gün ən azı 75, lakin 200-dən az yeni yoluxmanın aşkar edildiyi və testin pozitivlik nisbətinin 4%-dən yuxarı olduğu Şimali Transdanubiya bölgəsidir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi, həmçinin Macarıstanda nisbətən az sayda test aparıldığını və bunların əksər hissəsinin müsbət olduğunu və hər 100000 nəfərə yoluxmuş insanların sayının durmadan artdığını göstərən bir xəritə dərc edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova

Translate »