Oktyabr 4, 2022

Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq

Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi təchizatına qoşulmağı planlaşdırır.

Turaz.org Macarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək.

“Azərbaycan böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və bu, Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya tədarük ediləcək. Və biz razılaşdıq ki, Macarıstan bu iddialı plana qoşulsun, çünki layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı lazımdır. Beləliklə, Macarıstanı bizim qismən istifadə edə biləcəyimiz və qismən də tranzit marşrutu kimi çıxış edə biləcəyimiz yaşıl elektrik enerjisi ilə təmin etmək mümkün olacaq”, – Siyarto vurğulayıb.

Macarıstanın xarici işlər və ticarət nazirinin fikrincə, bu sxemdə iştirak Budapeştə karbon neytrallığı məqsədlərinə nail olmağa imkan verəcək. O, həmçinin əlavə edib ki, yaxın vaxtlarda tərəflər bu məsələ ilə bağlı birgə razılaşma variantını öyrənməyə hazırlaşır.

“Mövcud vəziyyət yeni enerji mənbələrinin kəşf edilməsinin və onların tədarükə daxil edilməsinin vacibliyini açıq şəkildə göstərir. Bu baxımdan bir (və qısa və ortamüddətli perspektivdə yeganə olmasa da, ən vacib) tərəfdaş Azərbaycandır”, – Siyarto fikirlərini yekunlaşdırıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/gurcustanin-din-rehberi-azerbaycana-tesekkur-edib
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »