Noyabr 27, 2021

Macarıstan Sərhəd Mühafizəsinə Fast-Track təlimindən sonra könüllülərini göndərib

Baş Nazirlik Aparatının rəhbəri Gergely Qulyas, Macarıstanda qanunsuz sərhəd keçidlərinin sayının gündə 1000-dən çox olduğunu bildirib.

Turaz.org xəbər verir ki, Qulyas mətbuat konfransında Daxili İşlər Nazirliyinin sərhəddə könüllülər yerləşdirməklə sərhəd mühafizəsini gücləndirəcəyini bildirib.

Nazir təsdiq edib ki, Macarıstan həm Macarıstan, həm də digər ölkələr üçün sərhəd mühafizəsini gücləndirmək üçün Aİ-dən pul istəyib, lakin hələ də cavab almayıb.

Enerji böhranı ilə yanaşı, Avropa da güclü miqrasiya böhranı ilə üz-üzədir. Qulyas bunun qismən Əfqanıstandan çəkilmənin humanitar nəticələri ilə bağlı olduğunu, lakin ən böyük təzyiqin Polşa sərhədindəki vəziyyətdən gəldiyini vurğulayıb.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistanda-siqaret-cekenlerin-faizi-aciqlanib
Həmçinin bax: kafkazh.com/turkmencay-muqavilesi

Translate »