Yanvar 26, 2022

Macarıstanda son sutkada 11 mindən çox insan COVID-19-a yoluxub

Macarıstanda son 24 saatda 192 ölüm, 11 mindən çox yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Turaz.org xəbər verir ki, Koronavirus.gov.hu-dan ​​çərşənbə günü verilən məlumata əsasən, Macarıstanda son 24 saat ərzində 192 xəstə Covid-19-dan ölüb, 11152 nəfərdə yeni koronavirus infeksiyası qeydə alınıb.

Aktiv xəstələrin sayı 187856-ya yüksəlib, xəstəxanalarda 7546 Covid xəstəsi müalicə alır, onlardan 562-si süni nəfəs aparatındadır.

İlk epidemiyadan bəri ölənlərin sayı 34713-ə yüksəlib, 1114260 yoluxma qeydə alınıb. 891691 nəfər tam sağalıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-parlament-seckileri-erefesinde-seckiqabagi-sukut-musahide-edilir
Həmçinin bax: kafkazh.com/derman-bitkileri

Translate »