Dekabr 9, 2021

Macarıstanda son sutkada 74 COVID-19 xəstəsi dünyasını dəyişib

Son 24 saat ərzində Macarıstanda 74 xəstə COVID-19-dan ölüb.

Turaz.org xəbər verir ki, ölkədə 2595 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Aktiv xəstə sayı 46 408-ə yüksəlib, xəstəxanalar 3 172 Covid xəstəsini müalicə edir, onlardan 350-nin tənəffüs yardımına ehtiyacı var.

İlk epidemiyadan bəri 879 092 yoluxma qeydə alınıb, ölənlərin sayı isə 30 994-ə yüksəlib. 801 690 nəfər tam sağalıb.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/sedir-ceferovun-qlazqoya-isguzar-seferi-basa-catib/

Translate »