May 29, 2023

Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana səfərə gəlib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib.

Turaz.org xəbər verir ki, bu barədə diplomat feysbukda paylaşım edib.

O, Bakı Enerji Forumunda iştirak edəcək.

“Beynəlxalq siyasətin birinci, ikinci və üçüncü mühüm mövzuları enerji təhlükəsizliyi məsələləridir. İstər təbii qaz, istər neft olsun, hamı yeni mənbələr axtarmağa çalışır”, – XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Bakı Enerji Forumunda həmçinin Rumıniya, Serbiya, Türkiyə, Bolqarıstan və Qazaxıstanın XİN başçılarının iştirakı gözlənilir.

Müxbir: Əzizə Əlizadə

Translate »