Noyabr 28, 2022

Maddi sıxıntıların psixologiyamıza göstərdiyi təsirlər

Son dövrlər ölkəmizdə insanlar iqtisadi cəhətdən çöküş yaşadılar. Sürətli qiymət artımı, inflyasiya faizinin yüksəlməsi və s. psixologiyaya da təsirsiz ötüşmədi.

Psixoloq Gövhər İmanlı bu barədə “Turaz.org“a danışarkən bildirib ki, insanların yaxşı büdcəsi olmadıqda, xərclərini qarşılaya bilmədikdə istər-istəməz aqressivləşirlər:

“Bu aqressiya onların ətrafındakı insanların da psixologiyasına təsir göstərir. Biz bu gərginlikdən necə azad ola bilərik? Təbii ki, bu gərginliyi aradan qaldırmaq üçün müxtəlif terapiyalara, psixoloji seanslara müraciət etmək lazımdır. Digər tərəfdən maddi durumumuzda problem varsa, bunun səbəbini birinci özümüzdə axtarmalıyıq. Bəlkə biz zamanımızı düzgün bölə bilmirik? Sırf bu aspektləri nəzərə alaraq öz üzərimizdə işləməliyik ki, maddi durumumuz düzəlsin. İqtisadi durumumuz düzəldikdən sonra psixoloji problemlərimiz hələ də varsa, mütəxəssis yardımı ilə bunlardan azad ola bilərik. Lakin biz bir az aqressiv cəmiyyətdə yaşayırıq. Ona görə də cəmiyyətin bizə ötürdüyü aqressiya da daim üzərimizdə olur. Bu da birbaşa bizdə nevroloji problemlər yaradır. İqtisadi problemlərin həyatımıza göstərdiyi təsirlər çox böyükdür. Hətta bəzən bu təsirlərdən intihar həddinə gəlib çatan insanlar da olur. Bəziləri isə məhz bu səbəbdən özlərini cəmiyyətdən təcrid edirlər. Ona görə də əvvəla psixologiyamıza nəzər salmalı, maddi problemimizin psixoloji həlli istiqamətində çalışmalıyıq”.

Turaz.org” Təhlil Komandası – Buqələmun

Translate »