Hazırda bazarlarda satıcılar, məhsullar bol, alıcı isə qıtdır. Qiymətlər bir neçə həftə öncəki ilə müqayisədə daha da artır.
Bu gün biz bir azərbaycanlı ailənin büdcəsi ilə mağazalardan nələr almaq olar, ona baxacağıq. Mövzu olduqca aktualdır. Belə ki, valideynlərin və eləcə də uşaqların maliyyə rifahı büdcənin təşkilindən asılıdır. Ailə büdcəsi dedikdə gəlir və xərclərin planlanması (adətən, 1 aylıq) nəzərdə tutulur. Fərdi maliyyə planı nə qədər düzgün tərtib edilsə, ailənin maddi vəziyyəti bir o qədər yaxşı olacaq. Plan real olmalıdır, ailə üzvlərinin hər biri bu plana riayət etməlidir. Ailə büdcəsinin düzgün idarə edilməsi bütün ölkələrdə hər bir ailə üçün ən aktual məsələdir.
Bir aylıq ailə ehtiyacları necə qarşılanmalıdır? Bu ehtiyaclar nə qədər qiymətə başa gələ bilər? Turaz.org-un əməkdaşı bu problemləri nəzərə alaraq, mağazalarda ailə ehtiyacları sırasına aid bir sıra qida və qeyri-qida məhsullarının qiymətlərini öyrənib. Onlardan bəzilərini təqdim edirik:
Çay 100 qr – 1.80 azn
Kəllə qənd 500 qr – 1.25 azn
Duru yağ 2 litr – 9.75 azn
Şəkər tozu 1kq – 1.50 azn
Qənd kəsmə 1 kq – 1.75 azn
Qarabaşaq 1kq – 2.85 azn
Qırmızı mərci 1kq – 2.99 azn
Bişmiş süd 370 qr – 1.69 azn
Makaron çeşidləri 500 qr – 1.39 azn
Un 1 kq – 1.49 azn
Duz 750 qr – 0.54 azn
Tomat pastası 275 qr – 1.57 azn
Yuyucu toz 9 kq – 11.99 azn
Qiymətlər təxmini olaraq 50-100 manat arası dəyişir. Üstəlik müəyyən ərzaqlar var ki, endirimdə olarkən daha çox satılır və demək olar ki, Azərbaycanda ailələrin çoxu bəzi şeyləri almaq üçün həmin məhsulun endirimdə olmasını gözləyirlər. Bu isə o deməkdir ki, mağazalardakı qiymətlər orta azərbaycanlı ailəsinin büdcəsi üçün kritik vəziyyətə çevrilir.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Firuzə Məlikzadə
Son Xəbərlər
Zənginlik içində ucuzluq…
Füzulidə silah-sursat aşkar edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub