Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.
DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat yer alıb. Həmçinin “Bakalavrin elektron ərizəsi”ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
Bu nömrə həm Azərbaycan, həm də rus bölməsi üzrə Azərbaycan dilində çap edilib.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Mənbə:azertag.az
Müxbir: TurAz.org xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax : https://tehsilim.org/umumtehsil-mekteblerinde-sahmati-tedris-eden-genc-muellimler-arasinda-muxtar-respublika-birinciliyi-kecirilib/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”