Oktyabr 23, 2021

Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 1000-dək bakalavr ərizəsini təsdiqlətdi

Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 1000-dək bakalavr ərizəsini təsdiqlətdi

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 25-də elan olunmuş ixtisaslaşma seçiminə sənəd qəbulu davam edir.

Bakalavrlar müsabiqədə iştirak etmək üçün avqustun 31-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər. Bu günə olan məlumata görə, 939 bakalavr (Azərbaycan bölməsi – 895; rus bölməsi – 44) ərizəsini təsdiqlədib.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://www.bbc.com/azeri/azerbaijan-53814294

Translate »