İyun 8, 2023

“Maklaren” komandası Konstruktorlar Kubokunda üçüncü yer uğrunda mübarizə aparacağına ümid edir

Formula 1 üzrə dünya çempionatının iştirakçısı olan “Maklaren” klubunun rəhbəri Andreas Zaydl komandasının Konstruktorlar Kubokunda üçüncü yer uğrunda mübarizə aparacağına ümid etdiyini bildirib.
AZƏRTAC “autosport.com” saytına istinadla xəbər verir ki, A.Zaydl komandasının “Ferrari” və “Renault” klubları ilə mübarizə aparacağını qeyd edib. “Maklaren”in rəhbəri “Racing Point” avtomobillərinin potensiallarından tam istifadə edəcəkləri təqdirdə onlarla rəqabətin çətin olacağını da vurğulayıb. Buna baxmayaraq, o, bəxtlərinin gətirəcəyi təqdirdə Konstruktorlar Kubokunda üçüncü yer uğrunda mübarizədən vaz keçməyəcəklərini açıqlayıb.

Müxbir: turaz.org xüsusi müxbir Məlahət Eynəlizadə

Mənbə: azertag.az

Həmçinin bax:https://azertag.az/xeber/Yaponiya_hokumeti_olkeye_qayidanlar_uchun_mehdudiyyetleri_yumsaltmaga_hazirlasir-1565879

https://kafkazh.com/olcu-vahidleri-ve-onlar-uzerinde-emeller/

Translate »