İyul 4, 2022

Makron bu həftə Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

 

Turaz.org “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

 

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

 

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.

 

Müxbir: Əzizə Əlizadə

Translate »