Fevral 3, 2023

Makron Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək.

 

Bu barədə Turaz.org “The Guardian”a istinadən xəbər verir.

 

Məlumata görə, Makron Ukraynaya səfərini istisna etməyib. Lakin Fransa lideri bunun nə vaxt baş verəcəyini hələ dəqiqləşdirməyib.

 

Qeyd edək ki, dövlət başçısı daha əvvəl də bildirib ki, Ukraynaya sadəcə səfər üçün deyil, sülhün bərqərar olması məsələsində konkret nəticə əldə etmək üçün gəlməyə çalışır. Fransa Prezidenti vurğulayıb ki, Kiyevə səfərdən imtina etmir. Bununla belə, Makron səfərin formallığa çevrilməsini istəmir.

 

Mayın sonlarında Fransanın yeni xarici işlər naziri Katrin Kolonna Ukraynaya səfər edib. O, Kiyev vilayətinin Buça şəhərinə baş çəkib.

 

 

Müxbir: Əzizə Əlizadə

Translate »