Oktyabr 23, 2021

Mateo Kovaçiç “Çelsi” klubunda mövsümün ən yaxşısı seçilib

İngiltərənin “Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.
AZƏRTAC klubun “Twitter”dəki səhifəsinə istinadla xəbər verir ki, ən yaxşı futbolçu adına London təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç layiq görülüb. O, klubun azarkeşləri arasında keçirilən səsvermə nəticəsində Kristian Pulişiçi və Olivye Jirunu qabaqlayıb.
Qeyd edək ki, Mateo Kovaçiç 2018-ci ildə “Real Madrid” klubundan icarə əsasında “Çelsi” komandasına transfer olub. Londonlular futbolçunu ötən mövsümün əvvəlində 45 milyon avroya satın alıb. “Zadəganlar”ın heyətində 47 oyun keçirən futbolçu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müxbir: turaz.org xüsusi müxbir Qələm Səmədova
Mənbə : azertag.az
Həmçinin bax:https://kafkazh.com/vetenin-qururlu-ovladlari-5/

https://www.bbc.com/azeri/azerbaijan-53911535

Translate »