Son vaxtlar ABŞ-da yaşanan irqçilik problemi MBA oyunlarına mənfi təsir göstərib. Hələ koronavirus pandemiyası
dövründə belə bir problemə görə komandaların mövsümü davam etdirməmək təhlükəsi yaşanırdısa,
çempionat bərpa edildikdən sonra vəziyyət yenidən dəyişdi. Özü də pley-off seriyası zamanı. ABŞ polisinin ölkənin qaradərili vətəndaşını
güllələməsindən sonra öncə “Miluoki” “Orlando” ilə seriya oyununda meydana çıxmaqdan imtina etdi. Daha sonra “Hyuston”–“Oklahoma” oyununun keçirilməyəcəyi məlum oldu.
Nəzarətin əldən çıxdığını görən liqa rəhbərliyi qeyri-müəyyən müddətə görə pley-off oyunlarını təxirə salmaq qərarına gəlib. Hazırda liqa rəhbərliyi problemi yoluna qoymaq üçüm fəaliyyətini
davam etdirir. İndiki məqamda təkcə oyunçular yox, həm də klub rəhbərliyi də irqçiliyə qarşı etirazın məhz bu yolla effektiv olacağını düşünür.Yeri gəlmişkən,
ABŞ mətbuatı ilk boykot ideyasını ortaya atan oyunçunun kimliyini
də müəyyənləşdirə bilib. Söhbət “Orlando”nun oyun qurucusu Corc Hilldən gedir.
Mənbə:idmantv.az
Müxbir:Turaz.org xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax:https://turaz.org/novbeti-movsum-mxl-oyunlari-4-muxtelif-seherde-kecirile-biler/
https://turaz.org/atp-v-wta-turnirlerinde-yarimfinalcilar-mueyyenlesib/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib