Noyabr 29, 2022
mdb

MDB-nin zirvə görüşü Astanada keçiriləcək

Qırğızıstan prezidenti Sədir Cəfərov Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Astananın (Qazaxıstan) Konqres Mərkəzinə gəlib.

Turaz.org xəbər verir ki,Konqres Mərkəzində iclasa gələn MDB-ə üzv dövlətlərin başçıları Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev tərəfindən qarşılanıb.
Qarşılama mərasimi və kollektiv şəkil çəkdirdikdən sonra dövlət başçıları görüş otağına keçiblər.
İclas zamanı Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunacaq, MDB iştirakçısı olan ölkələr arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə dair bir sıra sənədlərə baxılacaq və qəbul ediləcək
İclasda 2023-cü ildə MDB-yə sədrliyin Qırğızıstana verilməsi və Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Bişkekdə keçirilməsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »