Oktyabr 3, 2022

MDB və Aİİ-nin I Gənclər Forumu Çolpon-Atada öz fəaliyyətinə başlayıb

Cümə axşamı Çolpon-Atada Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) “Gələcək” I Gənclər Forumu öz fəaliyyətinə başlayıb.

Turaz.org bildirir ki, tədbirin açılışını Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov və Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç həyata keçirib.

Gənclər Forumu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasının himayəsi altında keçirilir. Forumda MDB ölkələrindən və Aİİ-dən 200-dən çox iştirakçı iştirak edir.

Forumda Aİİ və MDB üzvü olan ölkələrin gənc fəallarını, dövlət qulluqçularını və təcrübəsiz diplomatları bir araya gətirmək planlaşdırılır. Tədbir Aİİ və MDB ölkələri gəncləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, gənclərin təşəbbüslərinin həyata keçirilməsi, gənc nəslin həyatın sosial və peşəkar aspektlərində uğur əldə edə bilməsi üçün yeni imkanların yaradılması məqsədi daşıyır.

Belə ki, forum çərçivəsində gənclərin kadr ehtiyatının formalaşdırılması perspektivlərinin, MDB və Aİİ-də gənclərin sahibkarlıq fəaliyyəti üçün iqtisadi inteqrasiya imkanlarının, MDB və Aİİ-nin yaradıcı sənayeləri, gənclərin artım nöqtələri, MDB-nin ümumi elm və təhsil məkanının perspektivləri və s. məsələlərinin müzakirəsi planlaşdırılır.

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/belarusiya-kurmanbek-bakiyevi-qirgizistana-ekstradisiya-etmekden-imtina-edir/

Translate »