May 17, 2022

Medvedyev Ruisyanın hansı hallarda nüvə silahından istifadə edəcəyini açıqlayıb

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ölkəsinin yalnız 4 halda nüvə silahı tətbiq edə biləcəyini deyib. 

Turaz.org xəbər verir ki, bu barədə Dmitri Medvedyev “RİA və RT”-yə geniş müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu 4 hadisə aşağıdakılardır:

– Onun ərazisinə nüvə silahından istifadə edilərək zərbə endirilərsə;

– Rusiyaya və onun müttəfiqinə qarşı istənilən nüvə silahı tətbiqi baş verərsə;

– Rusiyanın nüvə qüvvələrini iflic vəziyyətinə salacaq kritik infrastrukturlara müdaxilə olarsa;

– Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı baş verərsə və bunun nəticəsində ölkənin mövcudluğu təhlükə altına düşərsə.

Translate »