Sentyabr 30, 2022

Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Turaz.org-un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Müxbir: Turaz.org xüsusi müxbiri: Əhmədli Lamiyə

Həmçinin bax:https://turaz.org/sederek-ticaret-merkezinde-facievi-hadise-bas-verib-1-olu-1-yarali/

Həmçinin bax:https://turaz.org/qarabagda-rusiya-sulhmeramlilari-ucun-modul-sehercik-insa-edildi/

Translate »