Oktyabr 3, 2022

Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir

Cari ilin yanvar-iyul aylarında hər iki ölkə arasında ikitərəfli ticarətin ümumi həcmi 34,5 milyon dollar təşkil edib, bununla da Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticari tərəfdaşlarından biri kimi təsdiq olunub.
Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ticarətdə COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq ikitərəfli ticarət müsbət tendensiya nümayiş etdirir. Baxmayaraq ki, 2020-ci ilin yanvar-iyul müddəti ərzindəki göstəricilər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 faiz azdır, Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il də artmaqda davam edir. Bu xüsusda, cari ilin iyun ayına münasibətdə, iyul ərzində 13 faiz artım qeydə alınıb. Bununla da, Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri siyahısında Meksika 26-cı yerdə qərarlaşır.
2020-ci ildə Meksikadan Azərbaycana ixrac olunan əsas məhsullar karbohidrogen və nəqliyyat sektorlarına aid olmaqda davam edərək, əsasən neft sektoru üçün boruların və şəhərdaxili nəqliyyat üçün istifadə olunan müxtəlif ölçüdə avtomobillərin satışında əks olunur.

Mənbə: azertag.az
Turaz.org-un xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax: https://turaz.org/kulek-turbinlerinin-tikilceyi-erazilrde-6-olcu-musahide-stansiyasi-qurasdirilib/

https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/

Translate »