Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.
Turaz.org xəbər verir ki, səfirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Viktoriya Romero etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayevə təqdim edib.
Görüş zamanı tərəflər Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, V.Romerodan əvvəl Meksikanın ölkəmizdəki diplomatik missiyasına Rodriqo Labardini rəhbərlik edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ