Noyabr 29, 2022

Məktəblərdə rüşvət

Məktəb-xalqın mənəvi beşiyidir.Burada yalnız yazıb-oxumağı deyil,bir fərd kimi formalaşmaq, yaxşını pisdən ayırmaq kimi vərdişləridə öyrənirik.Bəs şagirdlərə bu qədər müsbət keyfiyyətləri aşılamaq məsuliyyəti daşıyan bu təhsil ocaqlarında vəziyyət nə yerdədir? Görəsən hər şey qayda qanuna uyğundur?

Bununla bağlı Turaz.org əməkdaşı araşdırma edib.

Bu gün Azərbaycanın orta təhsil müəssisələrində 1 milyon 600 min nəfərdən çox şagird təhsil alır və 4400-dən çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir.

Məktəblər başlayan 3 həftə olmasına baxmayaraq öz başınalıqların ardı-arası kəsilmir. Dərslər başlayan gündən etibarən bir neçə təhsil müəssisəsində rüşvət yığımına dair faktlar aşkar edildi, səs yazıları ortaya çıxdı.Bakının 45 saylı, Sumqayıtın 32 saylı məktəbində bu faktlar təsbit olundu və direktorlar cəzalandırıldı. Bununla yanaşı günümüzdə ele hallar yaşanır ki,məktəb rəhbərliyi orta məktəbi bitirən şagirdlərin valideynləriyle elaqə saxlayıb,onlardan atestat və ya digər işlərlə bağlı pul tələb edir.

Bəs burada suçlu kimdir? Valideyn, məktəb, müəllim, direktor, şagirdlər, yoxsa nazirlik?

Bir qisim ekspertlər hesab edir ki, müəllimləri elə aciz duruma salıblar ki, onlar normal fəaliyyət göstərə bilmir. Bəziləri direktorların yerində olmadığını bildirir. Bəzi ekspertlər hətta günümüzdə orta təhsil müəssisələrində diplomsuz direktorların fəaliyyət göstərdiklərini də söyləyirlər.

Fikirlər müxtəlifdir,lakin gəlinən bir ortaq məxrəc vardır ki,oda məktəblərdə ciddi şəkildə qanun pozuntularının özünü göstərməsidir.

Hər valideyn övladını məktəbə yaxşı təhsil alsın, öz həyatını formalaşdırsın, deyə yollayır və bunun üçündə bəzi ədalətsizliklərə də göz yumur ki, təki uşağı üçün ən yaxşısı olsun.Belə hallardan sui-istifadə edən şəxslərsə qanun qarşısında cəzalandırılmalıdır.Çünki müəllimlik çox ülvi bir məsləkdir. Onlar  geleceyin  həkimini,mühəndisini,polisini, deputatını və s yetişdirir, və bu yolda üstlərinə düşən ən böyük vəzifə şagirdlərə örnək olmaqdır.Bizim rüşvətxor, başqasının haqqını tapdalayan  nəsillərə yox, vicdanlı, haqq-ədalət sahibi bir gəncliyə ehtiyacımız var. Maraqlısı da burdadır ki, bu meseleyle bağlı günahı valideyn müəllimə, müəllim şagirdlərə,şagirdlərdə ümumi sistemə atır. Ilk olaraq bir məsələni dərk etmək lazımdır. Əgər hər hansı hadisə müəyyən fəsadlar, problemlər törədirsə, bunun günahkarı heç vaxt tək bir şəxs olmur, qarşılıqlı hamıda səhv olur. Bunun üçündə, işə ilk olaraq özümüzü dəyişməkdən başlamaq lazımdır.

 

Araşdırmaçı yazar – Lalə Padarova

Translate »