İyun 30, 2022

Məqsəd yaşıllıq olsun!

Turaz.org xəbər verir ki, yeni nəsil universitet şüarı ilə yola çıxan Atatürk Universiteti rektoru Prof. Ömər Çomaqlının təşviqi və Atatürk Universitetinin Kənd təsərrüfatı fakültəsi Təsərrüfat bitkiləri şöbəsinin müəllimi Dos. Melih Okçunun rəhbərliyində “Məqsəd Yaşıllıq Olsun!” layihəsi ilə Ərzurum şəhəri Yakutiye rayonu Dumlu qəsəbəsi şəhid Muhammmed Ferdi Güntekin orta məktəbi şagird və müəllimləri məktəbin həyətinə ot əkdilər.

Atatürk Universiteti Vətəndaş Maarifləndirmə Layihələri Tətbiq və Araşdırma Mərkəzi Müdürlüyü tərəfindən dəstəklənən “Məqsəd Yaşıllıq Olsun!” adlı layihə Dos. Melih Okçunun rəhbərliyində Yakutiye rayonu Dumlu qəsəbəsi şəhid Muhammmed Ferdi Güntekin orta məktəbində reallaşdırıldı. Layihənin cəmiyyətə töfhəsi mövzusunda önəmli bir çatışmazlığını aradan qaldırdığını deyən məktəb direktoru Fatih Yağçı, Dos. Melih Okçu və layihə komandasına çox təşəkkür etdi.

Layihə çərçivəsində şagirdlərə və məktəb işçilərinə, müəllimlərə Ot sahələrinin təsisi və önəmi haqqında məlumat verildi. Yaşıl görməyən gözlər rəng zövqündən məhrumdur.

Layihə haqqında məlumat verən layihə komandası “Ulu öndər Atatürkün “Yaşıl görməyən gözlər rəng zövqündən məhrumdur. Buranı elə ağaclandıracağıq ki, görməyənlər belə yaşıllıqlar içində olduğunu başa düşsün.” şüarından ilham alaraq yola çıxdıqlarını deyərək, bu əhatə dairsəində hazırlanan broşür şagirdlərə və məktəb işçilərinə paylanıldı. Daha sonra məktəbin həyəti layihə komandası və şagirdlər ilə birlikdə təmizləndi və həmçinin ot əkimi həyata keçirildi. Əkində 5-li ot qarışığından istifadə olundu. Məktəb şagirdləri ot toxumları ilə görüşdürülərək, gözəl bi yaşıl sahənin əsası qoyuldu deyildi.

Müxbir: Hakan Dikmen
Tərcümə: Zeynəb Qurbanlı

Həmçinin bax: turaz.org/reklamci-utanma-baldan-sirin-dilin-var
Həmçinin bax: kafkazh.com/millet-lll-hisse

Translate »