ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Mərkəzi Asiya Ticarət Proqramı sentyabrın 21-də Özbəkistanın paytaxtında “Ticarətdə qadınlar: Mərkəzi Asiyada qadınların problemləri və imkanları” mövzusunda ikinci Regional Qadınlar Sammitinə ev sahibliyi edəcək. Ən yaxşı təcrübələr,”.
Sammitin məqsədi Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının bütün sahələrində, o cümlədən ticarət və gömrük inzibatçılığı sahəsində gender aspektlərinin nəzərə alınmasını təmin etməkdir. Sammit Zoom platformasında baş tutacaq və video zəngin linki əvvəlcədən paylaşılacaq.
Bu görüş qadın biznes sahibləri və menecerləri, ictimai xadimləri, işgüzar qadın assosiasiyalarının, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirəcək. Tədbir gömrük sektorunda gender bərabərliyinin zəruriyyətinə dair bir neçə sessiyadan, regionda e-ticarətin inkişafının icmalından, o cümlədən Özbəkistanda Logistika Assosiasiyası və Nəqliyyatda qadınlardan ibarət nümayəndəliyinin açılmasının faydalarının müzakirəsindən ibarət olacaq.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Mərkəzi Asiya Ticarət Proqramı sammiti Avropa Yenidənqurma və İnkişaf Bankı və ABŞ-ın Kommersiya Hüququnun İnkişafı Proqramı ilə birgə təşkil edir.
Tərcümə:Günay Xankişiyeva
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib