İyun 2, 2023

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi pilot rejimində istismara verilib.


Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bu gün ölkəmizdə mövcud olan Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Lakin müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.
AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək. Həmçinin iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.
Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılıb. Pilot rejimində “B2B”, “C2C” tipli ödənişlərin həyata keçirilməsi təmin olunub. AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edəcəklər. Beləliklə, nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək.

Mənbə: azertag.az
Müxbir: Jalə Hüseynova

Həmçinin bax: https://turaz.org/hikmet-haciyev-ermenistanin-yeni-milli-tehlukesizlik-strategiyasi-sanki-saxta-tarix-dersliyidir/

Həmçinin bax: https://turaz.org/nazir-cavusoglu-seysmik-arasdirma-ve-qazma-isleri-serqi-araliq-denizinde-davam-edecek/

Translate »