Mərkəzi Bank cari ilin birinci yarısında 20 not hərracı keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.
Bu hərracların 8-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 12-də isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 806,2 milyon manat təşkil edib.
Cari ilin 6 ayında depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 16,4 faiz artıb ki, bu da pul təklifinə azaldıcı təsir göstərib.
Depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə hərraclarda dövrün sonuna doğru tələbin təklifi üstələməsi müşahidə olunub, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxınlaşıb.
Müxbir:turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Merkezi_Bank_ilin_birinci_yarisinda_20_not_herraci_kechirib-1570347
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”