Mərkəzi Nəbatat Bağının əməkdaşları iqlim dəyişikliklərinin bitkilərə təsiri ilə bağlı maraqlı tədqiqatlar aparıblar
AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən Lerik rayonu ərazisində dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yayılmış Azərbaycanın nadir və qiymətli bitkilərindən olan giləmeyvəli qaraçöhrə populyasiyası tədqiq edilib.
Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, tədqiqatların əsas məqsədi Qafqazda meşə şəraiti ilə fərqlənən Lerik qaraçöhrəliyinə iqlim amillərinin təsirinin öyrənilməsi olub.
ABŞ-ın Minnesota Universitetinin alimləri ilə birgə aparılan oduncaq-halqa nümunələrinin analizi nəticəsində son illərdə ərazidə baş verən temperatur dəyişkənliyinin ilin müxtəlif dövrlərində bitkinin artımına təsiri araşdırılıb. Aparılan tədqiqatlar yüksək elmi maraq doğurduğundan alınmış nəticələr dünyada dendroxronologiya elmi sahəsində ən nüfuzlu hesab olunan “Tree-ring research” jurnalında nəşrə qəbul edilib.
Mənbə:azertag.az
Müxbir: Zahidə Nəbizadə
Həmçinin bax: http://idmantv.az/az/news/2535/fuzuli-memmedov-her-bir-reqibe-hormetle-yanasiriq
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”