İyun 10, 2023

“Millətin, yoxsa hökumətin vəkilləri?”- Dikmen

 

Millət vəkilinə “millətin, bizim vəkilimiz” deyirik, amma onlar millətin yox, hakimiyyətin təmsilçisi kimi işləyirlər.

Ötən həftə sosial şəbəkələrdə deputatlarımızdan birinin ictimaiyyətin içində çəkilmiş fotosu yayılıb. Deputatlar guya hökumətin gördüyü işlərdən ictimaiyyətə danışırdılar.

Sizcə, burada qəribə bir şey varmı? Bu kimin vəkilidir? Hakimiyyət nümayəndəsi, yoxsa millət nümayəndəsi? Bilirik ki, deputatların hamısı qısa tətil müddətində seçki dairələrinə gedib, xalqa qarışıblar. Bundan təbii nə ola bilər ki?! Bundan daha təbiisi insanlarla nə danışdıqlarının sual altına qoyulmasıdır.

Hökumətin gördüyü işləri vətəndaşlara başa salmaq, yoxsa xalqın problemlərini hakimiyyətə çatdırmaq üçün onları dinləmək? Bizim millət vəkili hökumət işlərini ictimaiyyətə izah edirmiş. O, mütləq xalqın dərdinə qulaq asıb, amma belə olanda şeytan insanların beyninə min cür vəsvəsə salır. Deyək ki, xalqın problemlərini dinləyib, bunu hökumətə və ya hakimiyyətin səlahiyyətli strukturlarına çatdıra bilərmi?

Mən həmişə bizim siyasi quruluşlarımızla maraqlanmışam. Bilirsiniz, rayon sədrləri, hər partiyanın əyalət sədrləri və s., əslində, nə edirlər, necə işləyirlər?

Aşağıdan yuxarıya, yoxsa yuxarıdan aşağıya?

Yəni, xalqın problemlərini yuxarılara çatdırırlar, yoxsa yuxarıdakıların əmrlərini, baxışlarını, istəklərini camaata deyirlər? İndi hər kəs “hər ikisini də” deyir. Hər halda, hər hansı siyasətçidən soruşanda eyni cavabı alıram:
Onlar, ilk növbədə, xalqın problemlərini yuxarı rəhbərliyə ötürürlər. Yəni, rayon təşkilatı bunu əyalət təşkilatına, əyalət təşkilatı isə qərargaha çatdırır və problem həll olunur.

Bunun belə olduğuna kim inanar?

Halbuki, gördüklərimiz bunun tam əksidir. Başqa sözlə desək, yuxarını yaratdığı siyasi gedişləri ictimaiyyətə qəbul etdirmə formasında olan təcrübələrin şahidi oluruq. Məsələn, bugünkü hökumət qaçqınlara vətəndaşlıq verilməsi üzərində işləyir. Millət İttifaqı deyir ki, gəlin, bu məsələni xalqdan soruşaq, referendum keçirək.

Ədalət və İnkişaf Partiyasının rayon və əyalət təşkilatları necə işləyir? Vətəndaşların nə düşündüyünü soruşub, öyrənib ən təpəyə çatdırırlar, yoxsa bu məsələdə vətəndaşları razı salmağa çalışırlar? Mümkün seçkidə onlar seçkidə qalib gələcək şəkildə nəticə əldə etməyə çalışırlarmı?

Bu cür məsələlərdə vəkillərin mövqeyi burada önəmli olur. Kimin vəkili olduqları burada ortaya çıxır, onlar millətin nümayəndəsidir, yoxsa iqtidar təmsilçisidir? Hökumətin gördüyü işləri ictimaiyyətə izah edən deputat xalqın fikrini hakimiyyətə çatdırmaqda eyni münasibəti göstərə bilərmi?

Əslində, hökumətlərin öz işlərini ictimailəşdirməsinin başqa yolları da var. İlk növbədə, bu əlaqəni televiziyalar, radiolar və qəzetlərlə asanlıqla qurmaq olar. İndi bunlara sosial media adlanan internet də əlavə olunub. İndi bəzi telekanallar, qəzetlər açıq şəkildə hökumətləri təbliğ edirlər. Bu, hökumətlərin etdiyi hər şeyə haqq qazandıra bilməz. Bir sətir, bir cümlə tənqid görə bilməzsiniz.

Tamamilə “Yaşasın Sultanım” vəziyyətindədirlər. Hər şey çəhrayıdır və onlara ictimai rifahda baxsanız, onlar hökumət işlərini kifayət qədər cilalayırlar. Buna baxmayaraq, deputat özünə belə bir tapşırıq verib və vəziyyəti öz üzərinə götürməyə çalışırsa, indi millətin yox, hökumətin deputatıdır.

Millətin, yəqin ki, bu deputatlara sözü var. Məsələn, kimin nümayəndəsidir, millətin, yoxsa hökumətin tərəfində olduqlarını soruşmaq…

Üstəlik, bizlər dövlət işinin təbliğinə ehtiyac duymuruq.
Bu millət indiyə qədər hər şeyi təcrübə ilə öyrənib.

Yazar: Hakan Dikmen

Tərcümə: Zeynəb Qurbanlı

Translate »