May 29, 2023

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Turaz.org-un məlumatına görə, İsveçrənin Nyon şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

C Liqası

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan – Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Müxbir: Əzizə Əlizadə

Translate »