Oktyabr 28, 2021

Milli aydınlarımız- Üzeyir Hacıbəyli və Məhəmmədhüseyn Şəhriyar

Bu gün qədim dövlətçilik ənənələrimizin davamı olaraq dahi öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə parçalanmış torpaqlarımızın bir hissəsində düşmən işğallarına son verilərək qurulan vətənimiz-Azərbaycanımızın tarixində özünə məxsus yerləri olan əsl incəsənət xadimlərimizdən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günü, dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın isə vəfat etdiyi gündür. Dövlətimizin varlığ, vətənimizin azadlığı uğrunda mücadilə edən bu qutlu yolda canından və qanından keçən hər bir şəxsiyyətlərimizi böyük sayqıyla və rəhmətlə anıram. Qeyd edim ki, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününün şərəfinə 2009-cu ildən başlayaraq hər il 18 sentyabr ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. Üzeyir Hacıbəyli deyəndə ilk ağıla gələn isə cümhuriyyətçi şəhid şairimiz Əhməd Cavadın yazdığı Azərbaycan şeirinə bəstələdiyi istiqlal marşımızın möhtəşəm musiqisidir. Üzeyir bəy bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, şərqdə ilk operanın banisi kimi tarixə düşüb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca şərqin opera tarixi məhz bu gündən başlanıb. Üzeyir bəy həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Üzeyir bəyin bəstələdiyi “Koroğlu” operası dünya musiqi xəzinəsinin incilərindəndir. Bu il isə Milli Musiqi günü ilə əlaqədar keçirilən tədbirin şanlı tariximizdə özünəməxsus yeri var. Çünki bu il Milli Musiqi günü Üzeyir bəyin böyüyüb boya başa çatdığı bir müddət farsların və rusların dəstəyi ilə öz tarixi torpaqlarımızda qurulan, adlarınıda biz Türklərdən oğurlamış əsl adları hayrik olub özlərini isə dünyaya erməni kimi tanıdanların yaşadığı terrorçu ermənistanın onlardan aldığı dəstəklə işğal etdikləri, lakin 44 gün işğala qarşı aparılan Vətən müharibəsində xalqımızın vətənsevər övladlarının canları və qanları bahasına işğaldan azad etdiyi Qarabağımızın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd edilir. Bu gün Şuşanın dağlarında, Cıdır düzündə, İsa bulağında, bir sözlə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, vətən torpağının hər qarışında muğam sədaları eşidiləcək. Bu gün həmdə hər zaman düşmənlərimizin tarixin müxtəlif dövrlərində parçalamış işğal etmiş torpaqlarımızın birləşməsi və bütöv Azərbaycan eşqi ilə döyünən şəxsiyyətlərimizdən biri dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın vəfat günüdür.
Həqiqi adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan şairimiz 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, dövrünün tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini isə o dövrdə təşkil edilən Darülfünun məktəblərində almış daha sonra isə Tibb kollecini bitirmişdir. Şəhriyarın hələ uşaqlıq illərindən şeiriyyata həvəsi olub. Hələ uşaq ikən yazdığı şeirlər bir çoxlarının xoşuna gəlmişdir. Yazdığı şeirləri isə ilk dəfə ailəsinə oxuyurdu. Bir dəfə Şəhriyar balaca olanda fars dilində şeir yazıb ailəsinə oxuyanda anası oğluna niyə öz türk dilimizdə yazmırsan amma bizi işğalda saxlayan farsların dilində şeirlər yazırsan deyərək irad tutur. Ananın bu ibratəmiz tənqidindən sonra Şəhriyar artıq Azərbaycan türkçəsində yazmağa başlayır. Şeirlərində isə vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğatını aparmışdır. Bu səbəbdən də fars rejiminin təqiblərinidə məruz qalmışdır. Şairimizin ən böyük arzusu isə o vaxtı rus bolşeviklərinin işğal etdikləri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakı şəhərini gəlib görmək olsada fars rejimi tərəfindən buna maneələr yaradılmış çox təəssüfki ömrünün sonuna qədər Bakı şəhərinə gəlməyinə icazə verilməmişdir. Vətənimizin birləşmə arzusunu isə dahi şairimiz şeirlərinin birində
Bəd-guman deyiləm Allah Kərimdir
Turan xəyalımdır, ətim, dərimdir
Deyərək ifadə etmişdir. Həyatda şəxsən mənim ən böyük arzumlarımdan biri və bu qutsal yolda mücadilə etdiyim odurki bu gün doğum günü olan onun şərəfinə Milli Musiqi günü olaraq qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Cümhuriyyətçi şəhid şairimiz Əhməd Cavadın yazdığı Azərbaycan şeirinə bəstələdiyi istiqlal marşımız bu gün vəfatından 33 il ötən unudulmaz şairimiz Məhəmmədhüseyn Şəhriyarın yaşadığı parçalanmış torpaqlarımız olan hələdə farsların işğalında qalan Güney Azərbaycanımızda da azadlığın rəmzi olaraq səslənsin.

 

Yazar:  Atatürk Universiteti İctimaiyyətlə əlaqələr fakültəsinin tələbəsi Alim Nuriyev

Translate »