Dekabr 8, 2021

Milli Dirçəliş Günü

Bu günün 17 noyabr 28 may 1918-ci ildə əsası Məhəmməd Əmin Rəsulzadənin, Xoyskinin, Yusifbəylıinin və digər dahi şəxsiyyətlərimizin öndərliyi ilə qədim dövlətçilik ənənələrimizin davamı olaraq qurulan Azərbaycan Cümhuriyyətinin 70 illik rus bolşevik işğalından qurtarıb yenidən müstəqillik əldə edilməsinə aparan yol Azadlıq Hərəkatının başlanmasının əsasını qoyan Milli Dirçəliş günüdür.

Nədir bu tarixi günün özəlliyi: Milli Dirçəliş Gününün tarixi barədə qeyd edim ki,  Azərbaycan Cümhuriyyətini işğal edən  SSSR-nin 1988 ci ildə ali sovetinin Azərbaycan SSRİ-yə qarşı çıxartdığı qərəzli qərarla öz torpaqlarımızda rusların  dəstəyi ilə qurulan- əsl adları hayrik olan ermənilərin yaşadığı bu günki terrorçu Ermənistanın xeyrinə olaraq Qarabağımız bizdən ayrılıb onlara verilməsi qərarına qarşı başladılan Azadlıq hərəkatının başlanğıcıdır.

Tarixi Azadlıq Hərəkatının nəticəsi olaraq isə 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdi. 1988-ci ilin bu günündə həmin qərəzli qərara qarşı xalqımız Bakının o zamanlar Lenin meydanı adlanan müstəqillik dövründən sonra isə Azadlıq Meydanında 17 gün fasiləsiz davam edən, yüz minlərlə insanın iştirak etdiyi oturaq mitinqlər başladı. Meydan hərəkatı sonradan Azərbaycanın müstəqilliyinə gətirib çıxaran Xalq Hərəkatına çevrildi. Bu hərəkatın yaranmasına səbəb olan digər bir hadisə də düşmənlərimizində bu qərardan sonra Qarabağımızın məşhur Topqapı meşəsində vəhşilik törətmələri olmuşdur. Bu haqqsız qərara və edilən vəhşiliklərə qarşı Xalqımız haqqlı olaraq ayağa qalxdı və tarixi Azadlıq hərəkatı başladı.

Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.  Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və istiqlaliyyət qazanmasında əsas amil sayılır. Məhz bu hadisələrdən sonra Azərbaycan 2-ci dəfə şəhid, qazi verərək yenidən müstəqil oldu. Müstəqilliyimizlə barışmayan qüvvələr yenidən hayriklərə havadarlıq edərək Qarabağı xalqımıza qarşı ağır Xocalı soyqırımı kimi dəhşətli soyqırımlar törədərək işğal etdilər.

Məhz o günlərdə meydanlarda qalan həbs olunan Vətənimizin azadlığı uğrunda hər bir çətinliyini gözə alanların davamçıları o qutsal qanın daşıyıcıları ötən il qürur duyduğumuz ordumuz  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsini başlatdılar və torpaqlarımızı işğaldan azad etdilər. Bu uğurda canından keçən hər bir azərbaycanlını rəhmət və hörmətlə anır, bu yolda qazi olanlara ulu Tanrıdan can sağlığı diləyirik.

YAZAR: Araşdırmaçı Alim Nuriyev

Translate »