Dekabr 5, 2021

Milli Məclis Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

Turaz.org-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, – o bildirib.

Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Müxbir: Əzizə Əlizadə

Translate »