Noyabr 27, 2021

Milli Məhkəmə PP baş qərargahının islahatına qara pul ödədiyinə görə Barcenası iki il həbs cəzasına məhkum etdi

Milli Məhkəmə, PP-nin keçmiş xəzinədarı Luis Barcenası „Madrid,Genova küçəsi 13″-ünvanında yerləşən `Xalq’ baş qərargahının islahatı üçün qara pul ödədiyinə görə,mühasibat saxtakarlığının davam edən cinayətinin zəruri tərəfdaşı kimi iki il həbs cəzasına məhkum etdi.Məhkəmə keçmiş xəzinədarın işləri görən `Unifica’ şirkətinə köçürdüyü və bəyan olunmayan pulun məbləğinin bir milyon avrodan çox olduğunu hesab edir.

Turaz.org xəbər verir ki,eyni şəkildə, o, Barcenasın özü tərəfindən idarə olunan `b’ qutusunun mövcudluğunu bir daha sübuta yetirmiş hesab edir, keçmiş xəzinədarın sənədlərinin müəyyən annotasiyalarına doğruluq payı verir və PP-ni Barcenasın idarəçiliyinə `adekvat nəzarət’ həyata keçirmədiyinə görə köməkçi mülki məsul kimi qınayır.Keçmiş PP meneceri Cristobal Paez və Unifica-nın əməkdaşı Laura Montero bəraət qazandı və Unifica-nın memarları və əməkdaşları Gonzalo Urquijo və Belen García dövlət xəzinəsinə qarşı cinayətlərinə görə iki il 9 ay həbs və 2,6 milyon avro cərimə cəzasına məhkum edildilər.

Keçmiş xəzinədarın sənədlərinin üzə çıxmasından 8 il sonra, bazar ertəsi, fevralın 8-də işə baxılmağa başladı. 2015-ci ildə işin təlimatçısı olan hakim Pablo Ruz, sahibkarların ianələri ilə qidalanan PP-nin `b’ qutusunun mövcudluğuna işarə etdi. Həmin pullar Xəzinədarlığa bəyan edilmədən qərargahın işlərinə sərf edilən puldur. Məhkəmə prosesi qərar verilməsi üçün mayın 12-nə təyin edilib.Keçirilən otuzdan çox iclas ərzində Bárcenas Ədliyyə ilə əməkdaşlıq etməyi təklif etdi, hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə PP-nin maliyyələşdirilməsində pozuntuları etiraf etdiyi məktub göndərdi.

Tərcüməçi:Gülcan Nağıyeva 

Həmçinin bax: turaz.org/carmixa-cekilerek-edama-mehkum-edilen-seudiyye-erebistanli-genc-cezasi-yungullesdirildikden-sonra-azadliga-buraxilib/

Translate »