Oktyabr 4, 2022

Millimizin üzvü İsveçrə klubuna keçib

Millimizin üzvü İsveçrə klubuna keçib

Milli komandamızın üzvü Renat Dadaşov yenidən klubunu dəyişib.
İsveçrənin “Qrasshoppers” klubuna keçib. Aşağı liqa təmsilçisi milli üzvünü 1 illik icarəyə götürüb. Qeyd edək ki, Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”a transfer olunub. Əsas komandada debüt etməyən gənc forvard ötən mövsümün ilk yarısını Portuqaliyanın “Pasuş de Fereyra” klubunda, ikinci yarısını isə “Vulverhempron”un U-21 komandasında keçirib.
Mənbə:idmantv.az
Müxbir:Aytac Cəfərova

Translate »