MİMTA Fondunun təşkilatçılığı ilə MASTER-TREYNİNQƏ start verilir!
Turaz.org kafkazhasia.com-a istinadən xəbər verir ki, treyninq aşağıdakı mövzularda əhatə edir:
• Efir mədəniyyəti;
• Efirin maarifləndirmə missiyası;
• Nitq mədəniyyəti (ləhcədən azad olmaq);
• Xəbər, reklam diktorluğunun qaydaları;
• Efir həyəcanının dəf edilməsi;
• Söz bazasının artırılması;
• Səsdən düzgün istifadə yolları;
• Mikrofonla davranış qaydaları;
• Düzgün aparıcı jestləri, bədən dili;
• Auditoriya qarşısında rahat idarəçilik.
Təlimçilər:
• “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Ədəbi Dram və Folklor redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı;
• Bədii qiraət ustası, Xalq artisti Eldost Bayram;
• Əməkdar jurnalist Yunis Orucov;
• “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Beynəlxalq Radiosunun direktor müavini Bahadur Şakiroğlu.
Təlimlər 5 həftə davam etməklə, həftədə bir dəfə, hər həftənin şənbə günü 2 saat müddətində keçiriləcək. Ümumilikdə 4 həftə master-treyninq, 5-ci həftə isə təlimçilərlə treyning iştirakçıları arasında ümumi dəyərləndirmə və sertifikat verilmə görüşü olacaq. Görüş sual-cavab şəklində təşkil olunacaq.
Son Xəbərlər
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen