Oktyabr 28, 2021

MİQ üzrə nəticələr elan olundu!

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub. Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki, 18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə

yerləşdirmənin nəticələri açıqlanıb. Yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, hazırkı əlavə yerləşdirmədə

1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta

ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə

orqanına təqdim etməlidirlər.Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Mənbə:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçin bax:https://turaz.org/bizans-imperiyasinin-dovlet-ehemiyyetli-senedlerinde-turkler/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »