Sentyabr 28, 2022

Mirziyoyev ABŞ-ın Özbəkistandakı səlahiyyət müddəti başa vuran səfirini qəbul edib

Prezident Şövkət Mirziyoyev sentyabrın 7-də ölkədə diplomatik fəaliyyətini başa vuran Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Daniel Rozenblumu qəbul edib.

Turaz.org prezidentin mətbuat xidmətinin verdiyi məlumata istinadən bildirir ki, Prezident Özbəkistan-Amerika strateji tərəfdaşlıq münasibətlərinin inkişafına səfir Daniel Rozenblumun verdiyi töhfəni qeyd edib.

“Son illər konstruktiv siyasi dialoq qurulub. Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıq birgə səylərlə genişlənir. Qarşılıqlı ticarətin həcmi artır, Amerikanın aparıcı şirkətlərinin iştirakı ilə bir sıra investisiya layihələri həyata keçirilir. Təhsil və səhiyyə sahəsində ikitərəfli proqramlar həyata keçirilir”.

Prezidentin bu ilin avqustunda qəbul etdiyi sərəncama əsasən, amerikalı diplomat ölkənin fəxri dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilib. ABŞ səfiri onun fəaliyyətinə verilən yüksək qiymətə görə səmimi minnətdarlığını bildirib və ölkələr arasında çoxşaxəli əməkdaşlığın möhkəmlənməsinə bundan sonra da fəal dəstək verəcəyinə əmin edib.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/aib-tacikistanda-mekteblerde-etmr-tedrisini-yaxsilasdirmaq-ucun-milyon-dollar-ayiracaq
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »