Dekabr 9, 2021

Mirziyoyev Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında sazişi təsdiqləyib

Prezident Şövkət Mirziyoyev Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Turaz.org xəbər verir ki, birgə fondla bağlı hökumətlərarası saziş bu ilin martında Qırğızıstan prezidentinin Daşkəndə səfəri zamanı imzalanıb.
Sazişin icrasına cavabdeh olan səlahiyyətli orqan İnvestisiyalar və Xarici Ticarət Nazirliyidir.
Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun ilkin kapitalı 50 milyon dollar, gələcəkdə isə 200 milyon dollara çatdırılacaq.

Həmçinin bax: Nəzrin Məmmədova

Həmçinin bax: https://turaz.org/qazaxistan-su-meselesinde-qonsu-dovletlerden-asililigini-azaltmagi-planlasdirir/

Translate »